featured-image-31561

Lionel Messinin transferindən sonra “İnter Mayami” Şimali Amerikanın ən populyar futbol klubuna çevirilib.

Msport.az xəbər verir ki, argentinalı hücumçunun keçidinə qədər (8 iyun) MLS təmsilçisinin instaqramda bir milyona yaxın izləyicisi var idi.

Messinin gəlişinin elan olunmasından bir neçə saat sonra izləyicilərin sayı 1,3 milyon nəfərə çatıb. Hazırda Mayami klubunun səhifəsini instaqramda 8 milyon nəfər izləyir.

Bu göstəriciyə görə, “İnter Mayami” Amerikada 5-ci yeri tutur. Onlar yalnız NBA nümayəndələri “Qolden Steyt” (30,6 milyon), Leykers (22,8 milyon), “Klivlend” (15,7 milyon) və “Çikaqo”dan (9,7 milyon) geri qalır.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər