featured-image-29230

“Real Madrid”in əfsanəvi futbolçusu Quti açıqlama verib.

Msport.az xəbər verir ki, 46 yaşlı ispan PSJ-nin futbolçusu Lionel Messinin “Barselona”ya mümkün qayıdışı haqda danışıb.

“Messinin yerində olsam “Barsa”ya qayıtmaram. O, bu klubda hər şeyə nail olub. “Barsa”ya qayıdandan sonra ondan daha çətin nailiyyətlər gözləniləcək. Messiylə, yaxud Messisiz, fərq etmir, “Barselona”nın yenidən Çempionlar Liqasını qazanması mümkün deyil” – deyib Quti.

Royal Türksoy

Bənzər xəbərlər