featured-image-29211

Fransa millisinin sabiq futbolçusu Rober Pires PSJ fanatlarının Lionel Messiyə münasibətlərinin doğru olmadığını deyib. Msport.az xəbər verir ki, o, argentinalı futbolçunun Parisdən getməli olduğunu bildirib:

“Messinin PSJ-də niyə təqib olunduğunu başa düşə bilmirəm. O, buna layiq deyil. Əgər məni fitə basırlarsa, deməli onların xoşuna gəlmirəm.

Əgər arxamca məni fitə basırlarsa, gedirəm. Bilmirəm, Leonun yerinə olsam, “Barselona”ya qayıdardım, ya yox. Amma dəqiq odur ki, PSJ-də qalmazdım”.

Qeyd edək ki, Paris klubunun fanatları aksiya keçirərərək Messi və bəzi başqa futbolçuları klubu tərk etməyə çağırıblar.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər