Messisiz “İnter Mayami” böyük hesabla uduzdu
MLS-də “Orlando Siti” – “İnter Mayami” matçı keçirilib.
Msport.az xəbər verir ki, oyun Orlandoda, “Exploria Stadium”da keçirilib.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Luis Muriel dubl edib, Martin Ojeda və Marko Paşaliç isə hərəyə bir qol vurublar .
“İnter Mayami”də isə yeganə qolu Yannik Brayt qapıdan keçirib. Argentinalı hücumçu Lionel Messi zədə səbəbindən bu görüşdə iştirak etməyib.