Messiyə görə gələcəyin 10 ulduzu – SİYAHI
“İnter Mayami”nin hücumçusu Lionel Messi “Adidas” şirkəti ilə birlikdə gələcəyin ulduzları hesab olunan on gənc futbolçunu seçib.
Msport.az xəbər verir ki, argentinalı ulduz və idman geyimləri istehsalçısı növbəti dəfə dünyanın müxtəlif ölkələrindən perspektivli futbolçuları bir araya gətirən təşəbbüs həyata keçiriblər.
Seçilən istedadlara Messinin adını daşıyan xüsusi futbol butsları və səkkizqat “Qızıl top” sahibinin şəxsi mesajları təqdim olunub.
Siyahıya Argentina, Türkiyə, Meksika, İngiltərə, ABŞ, İspaniya, Niderland, Braziliya və Almaniyadan olan gənclər daxil edilib. Onların arasında həm kişi, həm də qadın futbolçular var.
Messi və “Adidas”ın seçdiyi 10 gənc futbolçu:
- Tomas Aranda – Argentina
2. Can Uzun – Türkiyə
3. Xilberto Mora – Meksika
4. Maks Douman – İngiltərə
5. Zeyvyer Qozo – ABŞ
6. Xesus Rodriqes – İspaniya
7. Kes Smit – Niderland
8. Xloya Sarvi – İngiltərə
9. Covanna Vaksman – Braziliya
10. Lotta Vrede – Almaniya







