featured-image-51127

Argentinada idman departamentinin rəis müavini Julio Qarronu vəzifəsindən azad edilib.

Msport.az xəbər verir ki, ölkə prezidenti Xavyer Miley bu barədə qərar qəbul edib.

Buna Lionel Messi barədəki açıqlama səbəb olub.

O, ölkə millisinin futbolçularının Fransa yığmasının oyunçularına qarşı irqçi təhqirlərinə görə Messinin üzr istəməli olduğunu bildirib.

Yaşananlarla bağlı Prezident Departamenti bəyanat yayıb: “Heç bir hökumət və ya ölkə vətəndaşı dünya çempionu, ikiqat Amerika Kubokunun qalibi olan Argentinaya nə düşünəcəyini, yaxud nə edəcəyini deyə bilməz”.

Qarro daha əvvəl yerli radio proqramlarından birinə verdiyi müsahibədə milli komandanın kapitanının Argentina Futbol Assosiasiyasının prezidenti kimi bu halda üzr istəməli olduğunu deyib.

Qeyd edək ki, Amerika Kubokunun finalından sonra qalib komandanın futbolçuları sosial şəbəkələrdə Fransa millisinin oyunçularına qarşı irqi təhqirlər əks etdirən mahnının səsləndirildiyi videonu

Bənzər xəbərlər