featured-image-43231

Argentina və Nigeriya yığmaları arasında Çində keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu baş tutmayacaq.

Msport.az Hançjou İdman Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz futbolçu Lionel Messinin Honkonqdakı yoxlama matçında meydana çıxmaması səbəb olub.

Təcrübəli hücumçunun zədəyə görüşü buraxdığı açıqlansa da, o, bir neçə gün sonra Yaponiyadakı qarşılaşmada iştirak edib. Bu isə azarkeşləri qəzəbləndirib.

Qeyd edək ki, Argentina – Nigeriya matçı martın ikinci yarısında təşkil olunmalı idi.

Bənzər xəbərlər