featured-image-62178

“Santos”un futbolçusu Neymar “Barselona”da çıxış edərkən komanda yoldaşı Lionel Messiyə penalti vurmağı öyrədib.

Msport.az xəbər verir ki, bu barədə braziliyalı hücumçunun özü açıqlama verib.

Onun sözlərinə görə, bir neçə dəfə məşqdə 11 metrlik cərimə zərbələrinin üzərində işləyiblər:

“Məşqdə idik, məndən soruşdu ki, belə penaltiləri necə vurursan. Mən isə dedim ki, dəlisən? Sən Messisən! Mən bacarıramsa, sən bunu mütləq edə bilərsən. Sonra bunu necə etdiyimi göstərdim və o, məşq etməyə başladı”.

Xatırladaq ki, Neymar və Messi “Barselona” ilə yanaşı, PSJ-də də birgə çıxış ediblər. Messi “İnter Mayami”nin formasını geyinir.

Bənzər xəbərlər