featured-image-24110

“Real”ın müdafiəçisi David Alaba Avstriya millisinin kapitanı kimi “The Best”in səsvermə mərasimində iştirak edib.

Msport.az xəbər verir ki, o, 1-ci yeri Messiyə, 2-ci sıranı “Real”dan komanda yoldaşı Kərim Benzemaya, 3-cü pilləni isə PSJ-nin hücumçusu Kilian Mbappeyə verib.

Alaba bundan sonra sosial şəbəkələrdə Madrid klubunun azarkeşlərinin ciddi tənqid və təhqirləri ilə üzləşib. “Real” fanatları müdafiəçinin Messini birinci göstərməsini bağışlaya bilmirlər.

Onin instaqramdakı son paylaşımının altına 25 mindən çox komment gəlib. Onların arasında #alabaout həştəqlərı, həmçinin irqçi təhqirlər də olub.

Madrid klubunun fanatlarının reaksiyası səbəbindən futbolçu komandadan ayrıla bilər.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər