"Mestalya"dakı azarkeş heykəlinin maraqlı tarixi - FOTO
“Valensiya”nın ev oyunlarını keçirdiyi “Mestalya” stadionunda azarkeşlərdən birinin heykəli qoyulub. Msport.az xəbər verir ki, bunun maraqlı tarixçəsi var.
Visente Navarro Aparisio “Valensiya”nın stajlı azarkeşlərindən olub. O, əvvəlcə arenaya tək gəlirmiş, evlənib ailə həyatı qurduqdan sonra isə oğlunu da özü ilə stadiona aparıb.
İllər keçdikcə tor qişasının qopması Aparisionu görmə məhdudiyyətli insana çevirir. Lakin o, qərar verir ki, evdə televizorla oyunlara baxmayacaq və “Mestalya”ya getməkdə davam edir.
Oğlu hər matçda atasının qulağına meydanda baş verənləri nəql edrmiş, qol necə vuruldu, qapıçının seyvi və s. Aparisio isə həmin vaxt “Mestalya”dakı atmosferdən həzz alırmış.
Ölümündən sonra “Valensiya” məhz Aparisionun illər boyu oturduğu yerdə onun heykəlini qoyur.


ANAR ABDULLAYEV







