featured-image-27157

Məsut Özil Kərim Benzemanı “Barselona” ilə oyunda (4:0) het-trik etməsi münasibəti ilə təbrik edib. Msport.az xəbər verir ki, karyerasını bitirməzdən öncə son olaraq Türkiyədə forma geyinmiş futbolçu tvitterdə paylaşım edib:

“Kral! Mənim oğlum Benzi. Bizim dövrün ən yaxşı hücumçusu”.

35 yaşlı Benzema İspaniya kubokunun yarımfinal mərhələsnin cavab oyununda birinci hissədə Vinisius Juniora məhsuldar ötürmə verib. Fasilədən sonra isə o, “Barsa”nın qapısıdan 3 top keçirib.

Finala vəsiqə qazanan “Real” həlledici oyunda “Osasuna” ilə üz-üzə gələcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər