Məsut Özil siyasətə qoşuldu
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsut Özil siyasətə qoşulub.
Msport.az xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib.
Özil 2023-cü ildə futbolla vidalaşıb. O, “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbağça” və “Başakşəhər”də çıxış edib.