featured-image-65431

“Real”ın və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Məsut Özil mövsümün sonunda Madrid klubundan ayrılacağını açıqlayan Luka Modriçlə bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, veteran futbolçu keçmiş komanda yoldaşı barədə bunları yazıb:

“Səninlə birlikdə meydançaya çıxmaq, oyunu böyük zəka və zərifliklə idarə etməyini izləmək həmişə xüsusi bir şey idi, Luka. Möhtəşəm bir səhifəni bağlayırsan, amma oyunun əbədi olaraq yaddaşlarda qalacaq. Sənə dinclik, sevinc və gələcək üçün ən yaxşısını arzulayıram”.

Qeyd edək ki, Modriç klublararası dünya çempionatından sonra “Real”dan ayrılacaq.

Bənzər xəbərlər