featured-image-26105

Mesut Özilin karyerasını bitirməsi dünya idman mətbuatının əsas mövzularından oldu. Msport.az xəbər verir ki, İngiltərənin “The Sun” qəzeti Almaniya millisinin sabiq futbolçusunun  sərvəti barədə yazı dərc edib.

34 yaşlı sabiq yarımmüdafiəçi “Arsenal”, “Real”, “Fənərbaxça” kimi klublarda forma geyinib. Mesut 8 il (2013-2021) London klubunun şərəfini qoruyub. O, Almaniya yığmasının heyətində DÇ-2012-nin qızıl medalını qazanıb.

“The Sun”ın yazdığına görə, son olaraq “Başekşehir”də çıxış edən Özilin sərvəti 100 milyon sterlinqdir. Mesutun kripto valyuta və e-spor biznesi, geyim markası var. Bundan başqa, o, Meksikanın “Nekaxa” klubunun da bir hissəsinə sahibdir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər