featured-image-24521

İngiltərə Premyer Liqasının “Liverpul” – “Mançester Yunayted” oyununda (7:0) mersisaydlıların azarkeşi meydana daxil olub.

Msport.az xəbər verir ki, hadisə matçın 88-ci dəqiqəsində baş verib.

“Liverpul” futbolçuları həmin vaxt “Yunayted”in qapısına vurulan 7-ci qolu qeyd edirdilər. Myedana daxil olan fanat “Liverpul” oyunçularına tərəf qaçsa da, büdrəyib və Endryu Robertsonu yıxıb. Şotlandiyalı müdafiəçi yıxılaraq davanını tutub. Lakin o, oyunu sonadək davam etdirib.

Robertsonun zədələndiyini düşünən Yurgen Klopp azarkeşə əsəbləşib və kəskin reaksiya verib. Almaniyalı məşqçini yan xətt hakimi sakitləşdirib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər