featured-image-31808

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Bosniya və Herseqovina oyununda (3:0) azarkeş meydana daxil olub.

Msport.az xəbər verir ki, fanat ikinci hissədə əlində Portuqaliya bayrağı Kriştiano Ronaldoya tərəf qaçıb.

Əvvəlcə futbolçunu qucaqlayan azarkeş daha sonra kapitanın qarşısında diz çöküb. Ayağa qalxan fanat bu dəfə 38 yaşlı hücumçunu qucağına alıb qaldırıb. Daha sonra Ronaldonun qol sevincini təqlid edən azarkeş mühafizəçilərdən qaçmağa çalışıb.

media-5bf0ad7fe4181b21575f33793e551

 

 

Bənzər xəbərlər