featured-image-25597

“Tottenhem”in baş məşqçisi Antonio Konte komandasını və futbolçularını kəskin tənqid edib.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis kollektiv olmadıqlarını deyib:

“Problem bilirsiz, nədədir? Problem bir komanda olmamağımızdır. Bəli, meydanda 11 nəfər mübarizə aparır, amma komanda deyilik. Meydanda 11 özündən razı futbolçu var idi. Meydanda gördüyüm bir-birinə kömək etmək istəməyən və ürəyi ilə oynamayan insanlar idi”.

Xatırladaq ki, “Tottenhem” bu gün İngiltərə Premyer Liqasının 28-ci turunda “Sautqempton”la bərabərə qalıb – 3:3.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər