Meyson Maunt “Çelsi” ilə vidalaşdı
Meyson Maunt “Çelsi” azarkeşləri ilə vidalaşıb. Msport.az xəbər verir ki, İngiltərə millisinin üzvü videomüraciətlə öz fikirlərini çatdırıb:
“18 il ərzində mənə göstərdiyiniz dəstəyə görə, çox minnətdaram. Bilirəm ki, bir çoxlarınız bu qərardan razı qalmayacaqsız. Lakin karyeramın hazırkı zamanında bu mənim üçün daha doğru addımdır. “Çelsi”yə 6 yaşım olanda gəlmişəm və uzun illər birgə addımlamışıq”.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Mançester Yunayted”ə keçəcək. “Qırmızı şeytanlar” yeni transferi bu gün səhər saatlarında açıqlayacaq.
Maunt ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 35 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun London klubu ilə müqaviləsi 2024-cü ilin iyununa kimi idi.
ANAR ABDULLAYEV







