featured-image-25549

Meyson Qrinvud onu zorlamada ittiham edən qızla evlənməyə hazırlaşır. Msport.az “The Sun”a istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu Herriet Robsonla toy etmək niyyətindədir. O, ailəsinə bu barədə məlumat verib.

Qeyd edək ki, cütlük uşaq gözləyir. Bu günlərdə Qrinvud və onun hamilə xanımını Londonda görüblər.

2022-ci ilin yanvarında Robson sosial şəbəkələrdə bir neçə footosunu paylaşaraq zorlamaya məruz qaldığını yazdıqdan sonra Qrinvud mənzilində həbs edilmişdi. Futbolçu zorlamada, ölümlə təhdiddə və seksual qısnamada ittiham olunurdu. Bu ilin fevralında onun üzərindən bütün ittihamlar götürülüb.

Qrinvud hələ də “Mançester Yunayted”də oynamır. Klub daxili araşdırmalar yekunlaşana qədər onu heyətdən uzaqlaşdırıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər