featured-image-51287

“Milan” 16 yaşlı Françesko Kamardo ilə ilk peşəkar müqavilə bağlayıb. Msport.az xəbər verir ki, anlaşma 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.

Kamarda yeniyetmələrin yarışlarında 89 oyunda 485 qol vurub. Hücumçu bu yay “Milan” U-19 komandasına keçib.

Qeyd edək ki, Kamarda A seriyasında meydana çıxmış ən gənc oyunçudur – 15 yaş 260 gün. O, ötən mövsüm “Milan”ın əsas heyətində 2 görüşdə forma geyinib.

 

Bənzər xəbərlər