featured-image-42071

“Milan” klubu İtaliya A Seriyasının tarixinə düşüb.

Msport.az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.

Bildirilib ki, komanda “Roma”nı 3:1 hesabı ilə məğlub etdikləri matçda buna nail olub. Qolları müdafiəçilər Yasin Adli, Teo Hernandes və hücumçu Olivye Jiru vurublar.

Beləliklə, “Milan” çempionat tarixində üç fərqli fransızın bir görüşdə qol vurduğu ilk klub olub.

Bənzər xəbərlər