“Milan” ABŞ millisinin futbolçusunu transfer edir
“Valensiya”nın yarımmüdafiəçisi Yunus Musa “Milan”a keçir.
Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçmək üçün Milana gedib.
“Milan” “yarasalar”a Musa üçün bonuslarla birlikdə 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Yunus Musa 2022/2023 mövsümündə “Valensiya”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.
Royal Türksoy







