“Milan” argentinalı futbolçunu istəyir
“River Pleyt”in 17 yaşlı futbolçusu Franko Mastantuonu “Milan”a keçməyə yaxındır.
Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, “rossonyerlər” argentinalı üçün “River Plyet”ə rəsmi təklif göndərib.
Argentina nəhəngi Frankonu 45 milyon avroya buraxmağa hazırdır. Amma “Milan” gənc futbolçunu daha aşağı məbləğə transfer etməyi düşünür.
Mastantuonon bu mövsüm 16 matça çıxıb və 1 qol vurub, 2 asist edib.
2024-cü il yanvarın 1-dən “River Pleyt”də çıxış edən Franko 2026-cı il dekabrın 31-nə qədər Argentina klubuna məxsusdur.