featured-image-65329

“Milan” mövsümöncəsi yay turu çərçivəsində Avstraliyaya yollanacaq.

Msport.az xəbər verir ki, İtaliya klubu iyulun 31-də “HBF Park” stadionunda “Pert Qlori” ilə yoldaşlıq oyunu keçirəcək.

Əvvəlcədən məlum olduğu kimi, “rossonyerlər” 23 iyulda Sinqapurda “Arsenal”la, 26 iyulda isə Honkonqda “Liverpul”la qarşılaşacaq.

Qeyd edək ki, “Milan” 2024-cü ildə də Pert şəhərində olub – “Optus” stadionunda “Roma” ilə qarşılaşaraq 56 mindən çox azarkeş qarşısında oyun keçirib.

Bənzər xəbərlər