“Milan” belçikalını icarəyə göndərir
“Milan” futbolçusu Şarl de Ketelareni icarəyə göndərir.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, belçikalı futbolçu növbəti mövsümü “Atalanta”da keçirəcək. Tərəflər arasında tam razılıq əldə olunub.
Şarlın İspaniya və Niderland klublarından təklifi olsa da, o, İtaliyada qalmağı üstün tutub.
Qeyd edək ki, de Ketelare ötən yay “Brügge”dən 35,5 milyon avro qarşılığında “Milan”a keçmişdi. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində bütün yarışlarda 40 matçda iştirak etsə də, cəmi bir assistlə fərqlənib.
Royal Türksoy







