featured-image-69220

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Zaqreb “Dinamo”sunda davam etdirəcək. Msport.az xəbər verir ki, 27 yaşlı futbolçu Xorvatiya klubunda icarə əsasında çıxış edəcək.

“Dinamo” bir ildən sonra əlcəzairli oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

Bennaser yaxın vaxtlarda tibbi müayinədən keçib rəsmi müqaviləyə imza atacaq.

Əlcəzair millisinin üzvü 2019-cu ildən “Milan”ın şərəfini qoruyurdu. O, ötən mövsüm icarə əsasında “Marsel”də çıxış edib.

Bənzər xəbərlər