featured-image-29649

“Milan”ın əfsanəsi Andrey Şevçenko hesab edir ki, sabiq komandasının Çempionlar Liqasında hələ finala vəsiqə qazanmaq şansı var. Msport.az xəbər verir ki, ukraynalı futbolçu “rossoneri”nin cavab matçında vəziyyəti düzəldə biləcəyinə inanır:

“Milan” “İnter”ə psixoloji planda uduzdu. Birinci hissədə onlar heç cür oyuna konsentrasiya ola bilmədilər. Fasilədən sonra bəzi dəyişiklər etdilər və meydana fərqli motivasiyada çıxdılar, nəticədə, daha inamlı təsir bağışladılar.

Əlbəttə, birinci matçın yekun nəticəsi “İnter”in xeyrinədir. Amma mənə elə gəlir ki, “Milan” cavab oyununda əvəzini çıxa bilər”.

Qeyd edək ki, “İnter” ilk yarımfinal görüşündə 2:0 hesabı ilə qələbə qazanıb. Komandalar arasında cavab  qarşılaşması mayın 16-da “San Siro” stadionund keçiriləcək.

 

Bənzər xəbərlər