featured-image-28870

“Milan” mövsümün sonunda Ruben Loftus-Çiki transfer etməyin variantlarını axtarır. Msport.az xəbər verir ki, İtaliya klubu artıq “Çelsi” ilə danışıqlara başlayıb.

27 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyununa kimi nəzərdə tutulub. Amma hələ ki müqavilənin uzadılması ilə bağlı danışıqlar olmayıb.

Loftus-Çik “Çelsi”nin yayda satmağı planlaşdırdığı oyunçulardandır.

O, bu mövsüm 28 oyunda 1 məhsuldar ötürmə verib.

ANAR 

 

Bənzər xəbərlər