featured-image-68945

“Milan”  Kristofer Nkunkunun keçidi ilə bağlı Çelsi” ilə razılığa gəlib. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yarımmüdafiəçinin İtaliya klubuna transferi 35 milyon avroya başa gələcək. Fransalı futbolçu 5 illik müqaviləyə imza atacaq.

27 yaşlı Nkunku 2023-cü ilin yayından “Çelsi”də çıxış edir.

O, bu müddət ərzində bütün turnirlərdə 62 oyunda meydana çıxıb və 18 qol vurub.

Nkunkunun London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər