“Milan”da 14 illik göstərici təkrarlandı
“Milan”ın hücumçusu Rafael Leao İtaliya klubunun sabiq futbolçusu Kakanın göstəricisini təkrarlayıb.
Msport.az xəbər verir ki, Portuqaliya millisinin üzvü A Seriyasının IX turundan təxirə salınmış oyunda “Bolonya”nın qapısına yol tapmaqla bunu bacarıb.
25 yaşlı forvard bununla ardıcıl 6 mövsümdə 5-dən çox qol vurub ki, bunu sonuncu dəfə 14 il əvvəl – 2003-2009-cu illər aralığında Kaka reallaşdırıb.
Qeyd edək ki, “Milan” səfərdə “Bolonya”ya 1:2 hesabı ilə məğlub olub.