featured-image-29967

“Milan”ın futbolçusu İsmayıl Bennaser ciddi zədə səbəbindən 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Msport.az xəbər verir ki, İsmayıl Çempionlar Liqasının ilk yarımfinal matçında “İnter”lə oyunun (0:2) 17-ci dəqiqəsində xəsarət alaraq əvəzlənib.

25 yaşlı futbolçu dizindən zədələnib.

Əlcəzairlinin sağalması ən azı altı ay çəkəcək. O, növbəti mövsümün əvvəlini buraxacaq.

Qeyd edək ki, bu mövsüm Bennaser 40 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib və 6 sarı vərəqə alıb.

Royal Türksoy

Bənzər xəbərlər