featured-image-34146

“Milan” heyətini yeni futbolçuyla gücləndirib.

Msport.az xəbər verir ki, “rossoneri”lər “Vilyarreal”ın hücumçusu Samuel Çukvueseni transfer edib.

24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Milan təmsilçisi nigeriyalının transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyib (əlavə olaraq 8 milyon avro bonus).

Qeyd edək ki, Çukvuese son mövsüm ərzində meydana çıxdığı 50 matçda 13 qol və 12 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər