“Milan” daha 5 futbolçu transfer etməyi planlaşdırır
“Milan” daha 5 futbolçu transfer etməyi planlaşdırır. Msport.az xəbər verir ki, İtaliya klubu iki yarımmüdafiəçi, sağ vinger, “10 nömrə” və hücumçu axtarışındadır.
“Milan” “Çelsi”dən Ruben Loftus-Çik və “Latsio”dan Luka Romeronun keçidini demək olar ki, həll edib.
“Atalanta”nın qapıçısı Marko Sportyello isə azad agent kimi gəlib.
“Rossoneri” “Çelsi”dən Kristian Pulişiçi də transfer etməyə yaxın görünür.
Sandro Tonali isə “Milan”ı “Nyukasl”a dəyişə bilər.
ANAR ABDULLAYEV







