“Milan”dan antirekord
“Milan” İtaliya A Seriyasında antirekorda imza atıb.
Msport.az xəbər verir ki, komanda çempionat tarixində ilk dəfə bir matçda iki penaltidən yararlana bilməyib.
XXII turda “Bolonya” ilə görüşün 42-ci dəqiqəsində Olivye Jiru 75-ci dəqiqədə isə Teo Ernaniides 11 metrlik cərimə zərbəsini qaçırıb.
Matç heç-heçə bitib – 2:2
Qeyd edək ki, bu oyundan sonra “Milan” 46 xal toplayıb. Stefano Piolinin komandası A Seriyasının turnir cədvəlində 3-cü pillədədir. “Bolonya” 33 xalla 7-ci yerdədir.