featured-image-16061

İtaliyanın “Milan” klubu baş məşqçi Stefano Pioli ilə yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb. Onun əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.

Xatırladaq ki, “Milan” ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında A Seriyasının qalibi olub. Hazırda komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bənzər xəbərlər