“Milan” “Emirates”dən 175 milyon avro alacaq
“Milan” klubu titul sponsoru “Emirates” şirkəti ilə müqaviləni uzadıb. Msport.az xəbər verir ki, bu məlumatı “Tuttosport” nəşri yayıb.
BƏƏ-dən olan aviaşirkətlə yeni anlaşma 2028–ci ilə qədər nəzərdə tutlub. Müqaviləyə əsasən “Emirates” “rossoneri”yə 175 milyon avro (mövsümə 30-35 milyon) ödəyəcək.
Əvvəlki anlaşmanın şərtlərinə görə, “Milan” ilinə 14,5 milyon avro alırdı.
İtaliya klubunun “Emirates”lə əməkdaşlığı artıq 15 ildən çoxdur ki, davam edir.







