“Milan” “Fənərbağça”nın futbolçusu ilə maraqlanır
“Milan” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Msport.az Türkiyənin “Akşam” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi “Fənərbağça”da çıxış edən Sebastyan Şimanski ilə maraqlanır.
İstanbul klubu 24 yaşlı polşalı yarımmüdafiəçini 18 milyon avroya satmaqdan imtina edib. Buna baxmayaraq “rossonerilər” təklifi yaxşılaşdırmaq niyyətindədir.
Oyunçu ilə “Milan”dan başqa “Napoli” və “Tottenhem” də maraqlanır.