“Milan” finalda uduzduğu komandanın baş məşqçisini istəyir
“Bolonya”nın İtaliya Kubokunu qazanmasından sonra baş məşqçi Vinçenso İtalyanoya maraq əhəmiyyətli dərəcədə artıb.
Msport.az xəbər verir ki, “Milan” rəhbərliyi onun işini yüksək qiymətləndirir.
“Rossonyerlər” 47 yaşlı mütəxəssisi Serjio Konseysaonun ayrılmasından sonra baş məşqçi postuna əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Qeyd edək ki, “Bolonya” finalda “Milan”ı 1:0 hesabı ilə məğlub edərək İtaliya Kubokunu qazanıb.