“Milan” Fransa millisinin oyunçusunu alır
Fransa millisinin və “Monako”nun yarımmüdafiəçisi Yussuf Fofana “Milan”a keçəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu artıq İtaliya klubunun təklifini qəbul edib. Hazırda “Milan”la “Monako” arasında danışıqlar gedir.
Fofana “Milan”a keçmək arzusunda olduğundan knyazlıq klubu “Aston Villa”nın 30 milyon avroluq təklifindən imtina edib.
Fofana Fransa yığmasının heyətində Avropa çempionatında 3 oyunda meydana çıxıb.