“Milan” fransalı hücumçuyla razılaşdı
Münhenqladbax “Borussiya” müqaviləsi bitən Markus Tyuram karyerasını “Milan”da davam etdirə bilər.
Msport.az xəbər verir ki, Fransa millisinin hücumçusu “Milan” rəhbərliyiylə razılıq əldə edib.
Tyuram “rossoneri”lərin heyətində hər mövsüm üçün 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Tyuram 2019-cu ildən “Borussiya”da çıxış edirdi. O, son mövsüm ərzində 40 oyun keçirib, 18 qol vurub və 11 assist edib.
Royal Türksoy







