“Milan” futbolçusunu 40 milyona satır
“Nyukasl” “Milan”ın futbolçusu Malik Tşau ilə razılaşıb.
Msport.az xəbər verir ki, tərəflər bonuslar da daxil olmaqla 40 milyon avroluq paket üzrə razılığa gəlib.
“Milan” təklifi şifahi olaraq qəbul edib. Sövdələşmə artıq tamamlanıb. 24 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Malik Tşaunun “Milan”la olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.