featured-image-31638

“Milan” “Latsio”dan Luka Romeronu transfer etmək istəyir. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə klub artıq argentinalı futbolçu ilə danışıqlara başlayıb.

18 yaşlı Romero Argentinanın U-20 yığmasının üzvüdür. O, “Latsio”nu azad agent kimi tərk edir.

İspaniyanın bəzi klubları da gənc vingerlə maraqlanırlar.

Romero 2022-2023 mövsümündə “Latsio”nun heyətində 6 oyun keçirib və 1 qol vurub.

Karyerasına 2019-2020 mövsümündə “Malyorka”da başlayan futbolçu bir il sonra İtaliya klubuna keçib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər