featured-image-59543

İtaliya Superkubokunda final oyunu keçirilib.

Msport.az xəbər verir ki, həlledici matçda “İnter” və “Milan” komandaları üz-üzə gəliblər.

Milan derbisi maraqlı və gərgin mübarizə şəraitində keçib. “İnter” hesabda 2:0 önə keçsə də, “Milan” geridönüş edə bilib.

Komandanın yeni baş məşqçisi Serjio Konseysaonun əvəzetmələri matçın gedişinə təsirsiz ötüşməyib. “Rossoneyerlilər” 3 qol vuraraq, 3:2 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” həlledici topu 90+3-cü dəqiqədə rəqibin qapısından keçirib.

“İnter” ardıcıl 4-cü dəfə Superkuboka sahib olmaq şansını əldən verib. Rəqib komanda isə iki il əvvəlki məğlubiyyətin revanşını almağı bacarıb.

Bənzər xəbərlər