featured-image-32370

Marko Sportyello “Atalanta”dan “Milan”a transfer olunub. Msport.az xəbər verir ki, 31 yaşlı qapıçı yeni komandasına azad agent kimi keçib.

Qolkiperlə müqavilə 30 iyun 2027-ci ilə kimi nəzərdə tutulub.

O, yeni komandada 57 nömrəli formada çıxış edəcək.

Sportyello 2012-ci ildən “Atlanta”ya məxsus olub. Qapıçı 3 dəfə – “Karpi”, “Fiorentina”, “Frazinone”də icarə olub.

 

 

Bənzər xəbərlər