“Milan” hücum xəttini gücləndirdi
“Milan” heyətinə yeni hücumçu qatıb.
Msport.az xəbər verir ki, “rossoneri”lər “Zalsburq”un hücumçusu Noa Okaforu transfer edib.
23 yaşlı isveçrəliylə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Okafor ötən mövsüm 32 oyuna çıxıb, 10 qol vurub və 5 assist edib.
Royal Türksoy







