“Milan”ı “Roma”ya dəyişdi - RƏSMİ
“Roma” “Milan”ın qapıçısı Devis Vaskesi heyətinə qatıb.
Msport.az xəbər verir ki, paytaxt klubu kolumbiyalı qolkiperlə 2 illik müqavilə imzalayıb.
Futbolçu “Milan”dan azad agent kimi ayrılıb. Vaskes 2023-cü ildə “rossonyerlər”ə qoşulsa da, klubun heyətində heç bir oyunda iştirak erməyib. O, icarə əsasında “Şefild Uenzdi”, “Askoli” və “Empoli”də çıxış edib.
Qeyd edək ki, ötən mövsüm A Seriyasında 32 oyun keçirən qapıçı 45 qol buraxıb.