featured-image-20932

“İnter”in futbolçusu Hakan Çalhanoğlu İtaliya Superkubokunda “Milan” üzərində qələbəni (3:0) dəyərləndirib.

Msport.az “La Gazzeta dello Sport”a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü keçmiş komandasını məğlub etdikləri üçün şad olduğunu deyib:

“Bu qələbə çox vacibdir, xüsusən də mənim üçün. Mən xoşbəxtəm. Komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Biz göstərdik ki, rəqibdən üstünük. “Milan” çempionluğu qeyd edərkən deyilən sözlər?  Bəli, bu məni narahat etmişdi. Qisas hissi ilə alışıb-yanırdım. Həmin vaxt mən susmağa üstünlük verdim. Gözləmədiyim bəzi şeyləri görmək mənim üçün xoş deyildi.

Bu gün qələbəyə daha ac olan biz idik və onları tez evə göndərdik. Bu gün “Milan”ı sadəcə “yedik” və indi onlar bizə hörmət etməlidirlər”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər