featured-image-47226

“Milan”ın baş məşqçi postuna əsas namizədn adı bəlli olub. Msport.az xəbər verir ki, “Antverpen”i çalışdıran Mark van Bommel İtaliya klubunun sükanı arxasına keçə bilər.

Klub bir çox namizədləri nəzərdən keçirsə də, 47 yaşlı niderlandlı mütəxəssis əsas favorit hesab olunur.

Hərçənd, prezidentin məsləhətçisi Zlatan İbrahimoviç Antonio Konteni baş məşqçi postuna gətirmək istəyir. Lakin italiyalı məşqçinin tələb etdiyi transferi reallaşdırmağa klubun büdcəsi imkan vermir.

Van Bommel 2022-ci ilin yayından “Antverpen”ə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında Çempionlar Liqasının qrupunda oynayıb. O, 2011-2022-ci illər mövsümündə “Miıan”ın heyətində çıxış edib.

“Milan” rəhbərliyi mövsümün sonunda Stefano Pioli ilə yollarını ayıracaq.

 

Bənzər xəbərlər