featured-image-60249

İtaliyanın “Milan” klubu Portuqaliya təmsilçisi “Portu”da çıxış edən Alan Varela ilə maraqlanır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Serjiu Konseysau 23 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Onlar daha əvvəl “Portu”da birlikdə çalışıblar.

Qeyd edək ki, Varela cari mövsüm 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ildə Argentinanın “Boka Xuniors” klubundan 8,5 milyon avroya alınıb.

Bənzər xəbərlər