featured-image-43204

“Milan”ın baş məşqçisi Stefano Pioli yayda klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, mütəxəssis İtaliyanın digər klubunun maraq dairəsinə düşüb.

“Napoli”nin prezidenti Aurelio De Lautentis Piolini komandasında görmək istəyir. 58 yaşlı baş məşqçinin mövsümün sonunda postundan ayrılacağı gözlənilir. Neapollular bundan yararlanmağı planlaşdırır.

Qeyd edək ki, Piolinin müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin nəticələrdən narazı qalan klub rəhbərliyi ona əvəzləyici axtarır.

Bənzər xəbərlər